Türkiyə İrana hərbi helikopter və PUA göndərib

Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəza enişi etdiyi ərazidə aparılan axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə bu ölkəyə hərbi helikopter və pilotsuz uçuş aparatı göndərilib.

“Report”un məlumatına görə, bu barədə Milli Müdafiə Nazirliyin sosial şəbəkələrdəki paylaşımında bildirilib.

Qeyd olunur ki, İrana gecəgörmə cihazlarına malik “Cougar” tipli hərbi helikopterlə “Akıncı” tipli PUA göndərilib.

Qeyd edək ki, mayın 19-da İranda Prezidentin olduğu helikopter sərt eniş edib. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və ölkənin bir sıra digər rəsmiləri də olub. Prezidentin kortejində üç helikopter olub, onlardan ikisi nazirləri və məmurları daşıyaraq təyinat yerinə salamat çatıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}