Saakaşvili yenidən aclıq aksiyasına başlayıb


Gürcüstanın həbs olunmuş sabiq prezidenti Mixeil Saakaşvili yenidən aclıq aksiyasına başlayıb. O, məhkəmə iclasında məsafədən iştirakının təmin edilməsini tələb edir.

Şəffaflıq.az “Sputnik-Georgia”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Şalva Xaçapuridze məlumat verib.

Sabiq prezidentin cəzasına təkrar baxılması ilə bağlı dekabrın 14-nə təyin edilmiş bağlı məhkəmə iclası onun səhhəti ilə əlaqədar olaraq dekabrın 22-nə təxirə salınıb. Hakim bu qərarı Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinin indiki mərhələdə iclasa məsafədən qoşulmanı təmin etmək imkanından məhrum olduğunu açıqlamasından sonra qəbul edib.

"Bu gün məni ən elementar hüququmdan - məhkəmədə iştirak etməkdən məhrum etdilər. Bu, Gürcüstan qanunlarının və beynəlxalq normaların pozulmasıdır. Ona görə də etirazın ən son forması olan aclıq aksiyasına əl atmağa məcburam", - Saakaşvilinin Xaçapuridze tərəfindən oxunan bəyanatında deyilir.

Xatırladaq ki, daha əvvəl Saakaşvili iki dəfə aclıq aksiyası elan edib. Onun birinci dəfə, saxlanıldığı gün - 2021-ci il oktyabrın 1-də elan etdiyi aksiya 50 gün davam edib və sabiq prezidentin səhhətinə mənfi təsir göstərib.

Saakaşvili mayın 12-dən etibarən “Vivamedi” klinikasında müalicə alır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}