Çində xarici gəmilərə atəş açılmasına icazə verilib

 

Çin Sahil Mühafizəsi lazım olduğu təqdirdə xarici ölkənin gəmilərinə atəş aça biləcək.

Şəffaflıq.az məlumat verir ki, bu barədə Çin hökumətinin qəbul etdiyi yeni qanunda göstərilib.

Qanun, Çin sahil təhlükəsizlik xidmətinə xarici gəmilərin təhdidlərinin qarşısını almaq üçün “bütün lazımi vasitələrdən” istifadə etmək hüququ verir.

Normativ aktın mətnində müxtəlif növ silahların istifadəsi şərtləri də göstərilir.

Bundan əlavə, qanun sahil mühafizəçilərinin Çinin iddia etdiyi riflər üzərində tikilmiş digər ölkələrin strukturlarını dağıtmağa, həmçinin ölkəyə məxsus sularda xarici gəmilərin yoxlamasına icazə verir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}