Demokratlar Senatda üstünlük qazandı

 

Demokratlar çərşənbə günü and içən üç yeni senator sayəsində ABŞ Senatında çoxluq təşkil ediblər.

Bu barədə Şəffaflıq.az RİA “Novosti”yə istinadən xəbər verir, demokrat-senator Con Osoff və Rafael Uornok Respublikaçılar Partiyasından olan rəqiblərinə qalib gəliblər. Bundan başqa Senata Kaliforniya qubernatoru tərəfindən Kamala Harrisin yerinə təyin edilən Aleks Padilya da qoşulub.

Nəticədə Senatda səslərin 50-nin 50-yə nisbəti yaranıb.

Lakin vitse-prezident Kamala Harris yanvarın 20-də təşkil olunan 59-cu Prezident inaqurasiyasında and içib. ABŞ Konstitusiyasına müvafiq olaraq, vitse-prezident formal olaraq Senata başçılıq edir və nəticədə Demokratlar Partiyası bir səs üstünlük əldə edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}