Tramp Senatın impiçment müzakirəsinin mümkün qədər tez başlanmasını TƏLƏB EDİR

 
Şəffaflıq.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Konqressin Senatında ona qarşı impiçment prosesinin mümkün qədər tez başlanmasını  tələb edib. Amerika prezidenti öz “Tvitter” hesabında bu barədə belə yazıb: “Demokratlar  Nümayəndələr Palatasında mənimlə bağlı zəruri olan prosesi təmin eləmədilər, heç nə – nə hüquqşünaslar, nə də şahidlər vardı. İndi isə Senata öz prosesini necə aparmalı olduğunu diqtə eləmək istəyirlər”. Tramp “əslində onların dəlillərinin sıfıra bərabər olduğunu” da əlavə edərək yazıb: “Prosesin dərhal başlanmasını istəyirəm”.

Tramp onu da qeyd edib ki, demokratlar aşağı palatada “öz fırıldaqçı impiçmentlərini dəstəkləmək üçün respublikaçıların bir səsini belə ala bilməyiblər” və “iş ilə bağlı dəlilləri tutarlı deyil”.

ABŞ prezidenti yazıb: “Respublikaçılar hələ heç vaxt belə yekdil olmamışdılar!”

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}