“ELM LAYİHƏLƏR ÜZRƏ MALİYYƏLƏŞDİRİLSİN” – Deputatdan büdcə müzakirələrində təhsillə bağlı önəmli təkliflər


 

Milli Məclisin plenar iclasında çıxış edən deputat Etibar Əliyev əvvəlcə torpaqlarımızın işğaldan azad olunması dövründə qısa müddətdə dəyərli, əsaslandırılmış və rasional büdcə layihəsi təqdim edildiyinə görə əməyi olan hər bir şəxsə təşəkkürünü bildirib.

Şəffaflıq.az xəbər verir ki, deputat əlavə edib ki, orta müddətli xərc çərçivəsi və nəticəyə yönəlik büdcə sisteminin tətbiqi istiqamətində dövlət büdcəsinin göstərişlərinə əsasən 3 nazirlik pilot sektorlar kimi seçilib: “Bunlardan biri də Təhsil Nazirliyidir. Digərləri Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirlikləridir. Bunu yüksək qiymətləndirirəm.

Düşünürəm ki, təhsil sahəsində bunun monitorinq sistemini formalaşdırılması da nəzərə alınmalıdır. Bildiyimiz kimi ali məktəblərimiz pandemiya ilə bağlı distant təhsilə keçiblər. Bununla bağlı distant təhsil üzrə kifayət qədər təcrübəsi olan ali məktəblərin birinin distant təhsil üzrə pilot ali məktəb kimi seçilməsinin zərurəti ortaya çıxıb. Bununla bağlı uyğun maliyyə vəsaitinin nəzərdə tutulmasını faydalı hesab edirəm”.

E.Əliyev ardınca qeyd edib ki, artıq bir neçə ildir ali məktəblər fərdi maliyyələşmə sisteminə keçiblər: “Bunun təkmilləşməsinə ehtiyac var.

 Təklif edirəm ki, kolleclərin də fərdi maliyyələşməyə keçməsi ilə bağlı işlərə başlansın. Kolleclərin ali məktəblərə inteqrasiyası da bunu təlqin edir. Məlumdur ki, 2013-cü ilin oktyabr ayının 24 də cənab Prezidentin sərəncamı ilə Təhsilin İnkişafı üzrə Dövlət strategiyası sənədi imzalanıb. Strategiyada hədəf qoyulmuşdu ki, tam orta təhsildə bir şagirdə düşən illik xərclərin adambaşına düşən ÜDM nisbətinin mərhələlərlə iki dəfəyədək artırılması təmin olunacaq. Hazırda durum necədir? Bu barədə Milli Məclisə məlumat verilməsi zəruridir”.

Deputat qeyd edib ki, ali məktəblərin büdcəsi tələbələrin təhsil haqları hesabına formalaşır: “Pandemiya dövründə ali məktəblər distant təhsilə keçdilər və təhsil haqlarının ödənilməsində problemlər yaşanır. Mövcud vəziyyət yaxın gələcəkdə ali məktəb müəllimləri və işçilərin əməkhaqqılarının ödənilməsində problem yarada bilər. Təklif edirəm ki, tələbələrdən təhsil haqları yığılana qədər Ali təhsil müəssisələrinə büdcə ssudası nəzərdə tutulsun. Əlbəttə ki, universitetlər təhsil haqlarını topladıqdan sonra aldıqları vəsaitləri geri qaytarmaq şərti ilə.

Məlumdur ki, elm, texnologiya və təhsili əhatə edən sistemli siyasət gələcək iqtisadi inkişafın başlıca təminatçısıdır. Respublikamızda da əldə edilmiş sosial-iqtisadi tərəqqinin əsasında başlıca olaraq, ölkənin təbii resursları ilə intellektual potensialını vəhdətdə istifadəyə səfərbər edən rasional dövlət siyasəti dayanıb. Bunun nəticəsidir ki, bütün digər sahələrlə yanaşı, elmin, mədəniyyətin, təhsilin inkişafında da irəliləyiş və inkişaf fasiləsiz xarakter alıb. İndi ölkədə elmin inkişafı dövlətin əsas strateji məqsədlərindən biridir”.

Millət vəkili qeyd edib ki, elmin maliyyələşməsi məsələsi neçə illərdir ki, müzakirə olunur: “Lakin bu elmin sosial funksiya daşıyıcısından kənara çıxara bilmir. Düşünürəm ki, elmin layihələr üzrə maliyələşdirilməsinin tətbiqinin vaxtı çatıb. Müasir dərsliklərin Azərbaycan dilində olmaması təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Dərslikləri çapı üçün əlavə maliyyə ehtiyac var və bu vəsaitin universitetlərə verilməsini təklif edirəm. Pandemiya göstərdi ki, onlayn və distant təhsildə problemlər yarananda yeganə təhsil aləti kimi dərsliklər önəm daşıyır. Burada isə çox ciddi problemlər var”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}