Büdcə layihəsinin tərtibi dayandırılır

 

Azərbaycanda dövlət büdcəsinin layihəsinin tərtibi prosesi təxirə salınır.


Şəffaflıq.az xəbər verir ki, bununla bağlı “2020-ci il dövlət büdcəsi haqqında” qanununa dəyişiklik layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, “Büdcə sistemi haqqında” qanunun 11.1-ci maddəsinə əsasən, dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Milli Məclisə təqdim edildiyi günədək olan dövrü əhatə edir. Dəyişikliklə “Büdcə sistemi haqqında” qanunun 11.1-ci maddəsində nəzərdə tutulan büdcə qaydasının tərtibi 2022-ci ilin yanvarın 1-nə qədər dayandırılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}