Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinin maliyyələşdirilməsinə lizinq mexanizmi tətbiqi edilə bilər


Azərbaycanda lizinq mexanizminin ekoloji təmiz nəqliyyat vasitələrinin maliyyələşdirilməsində tətbiqi vəziyyəti araşdırılacaq.

Şəffaflıq.az xəbər verir ki, bu, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb.

Qeyd edilib ki, araşdırmanın nəticələri üzrə müvafiq təkliflər hazırlanaraq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasına təqdim ediləcək.

Layihə iyunun 1-dək Mərkəzi Bank (Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Beynəlxalq Bankı və "Kapital Bank" cəlb edilməklə) və İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmalıdır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}