Əsas Səhifə > MALİYYƏ > Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinin maliyyələşdirilməsinə lizinq mexanizmi tətbiqi edilə bilər

Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinin maliyyələşdirilməsinə lizinq mexanizmi tətbiqi edilə bilər


11-05-2024, 16:15


Azərbaycanda lizinq mexanizminin ekoloji təmiz nəqliyyat vasitələrinin maliyyələşdirilməsində tətbiqi vəziyyəti araşdırılacaq.

Şəffaflıq.az xəbər verir ki, bu, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb.

Qeyd edilib ki, araşdırmanın nəticələri üzrə müvafiq təkliflər hazırlanaraq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasına təqdim ediləcək.

Layihə iyunun 1-dək Mərkəzi Bank (Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Beynəlxalq Bankı və "Kapital Bank" cəlb edilməklə) və İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmalıdır.


Geri qayıt