"Atəşgah" Sığorta şirkətinin maşını yanıb, 2 nəfər ölüb

 Sumqayıtda "Atəşgah" Sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, iki avtomobil "Hyundai-İX35" və "Mercedes"in toqquşub. Qəza zamanı zərbənin gücündən "Mercedes" aşıb və qəfildən yanmağa başlayıb. Bu zaman avtomobildə yaralı vəziyyətdə olan 2 nəfər avtomobili tərk edə bilmədikləri üçün yanaraq kül olublar. Digər minik avtomobilində olan şəxs isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}