Əsas Səhifə > Hadisə > "Atəşgah" Sığorta şirkətinin maşını yanıb, 2 nəfər ölüb

"Atəşgah" Sığorta şirkətinin maşını yanıb, 2 nəfər ölüb


19-09-2019, 22:53
 Sumqayıtda "Atəşgah" Sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, iki avtomobil "Hyundai-İX35" və "Mercedes"in toqquşub. Qəza zamanı zərbənin gücündən "Mercedes" aşıb və qəfildən yanmağa başlayıb. Bu zaman avtomobildə yaralı vəziyyətdə olan 2 nəfər avtomobili tərk edə bilmədikləri üçün yanaraq kül olublar. Digər minik avtomobilində olan şəxs isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır

Şəffaflıq.az
Geri qayıt