ABŞ milyonlarla xarici tələbəni ölkədən çıxarmaq istəyir


 

Birləşmiş Ştatlar koronavirus pandemiyası dövründə onlayn təhsil rejiminə keçən xarici tələbələrdən ölkədən çıxmağı tələb edib.

Şəffaflıq.az xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı ABŞ-ın İmmiqrasiya və gömrük polisinin rəsmi məlumatında deyilir.

Yeni qaydalar buraya “M-1” və “F-1” vizaları ilə gələn milyonlarla tələbəyə şamil olunacaq. Miqrasiya siyasəti institutunun informasiyasına əsasən, təkcə 2018-ci ildə ABŞ-a bu vizalarla 1,2 milyon tələbə gəlib. Onlar ölkənin 8700 ali təhsil müəssisəsində oxuyurlar.

Ən son xəbərə görə, əgər universitet distans təhsilə keçsə, o zaman tələbənin vizası uzadılmayacaq. Ölkədə leqal olaraq qalmaq üçün onlardan qismən də olsa əyani təhsil verən universitetlərə köçmək təklif olunub. Lakin ABŞ-da pandemiya ilə bağlı situasiyanın kəskinləşdiyi göz önünə alınsa bütün universitetlərin onlayn rejimdə fəaliyyət göstərəcəyinə şübhə edilmir.

ABŞ-dan öz xoşu ilə çıxmaq istəməyən gənc xarici vətəndaşları isə deportasiya gözləyir.

ABŞ-ın Təhsil üzrə şurası İmmiqrasiya xidmətinin yeni qərarını sərt şəkildə tənqid edib. Şuranın sədr müavini Bred Farnsvort CNN telekanalıan verdiyi müsahibədə, yeni qaydalar tam çaşqınlığa gətirib çıxaracağını bildirib. Çünki tələbələrin əksəriyyətinin hazırda Birləşmiş Ştatlaırn ərazisini tərk etməyə imkanı yoxdur. Üstəlik, bir çox ölkələr öz qapılarını xarici uçuşlara bağlayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}