ABŞ-da koronavirus qurbanlarının sayı 80 minə yaxınlaşır

 

Son sutka ərzində ABŞ-da koronavirusa 25 mindən çox yoluxma aşkarlanıb, 1,6 mindən çox insan ölüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının məlumatlarını toplayan, həmçinin KİV və başqa açıq mənbələrlə hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Universitetin məlumatına görə, ABŞ-da ötən gün ərzində virusa yeni 25 261 yoluxma qeydə alınıb.

Birləşmiş Ştatlarda son 24 saat ərzində COVID-19-dan 1 615 pasiyent ölüb.

Universitet bildirib ki, bütün pandemiya ərzində ABŞ-da 1 309 541-dən çox insan koronavirusa yoluxub, 78 794 nəfər ölüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}