Şamaxıda “Şəhidlər ölməzdir” devizi altında keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb

Şamaxıda gənclər və idman idarəsinin təşkilatçılığı ilə 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar məktəblilər arasında “Şəhidlər ölməzdir” devizi altında şeir kompozisiyası və rəsm müsabiqəsi keçirilib.
Şəffaflıq.az xəbər verir ki, 17 yanvar 2020-ci il tarixində Şamaxı Uşaq Gənclər İnkişaf Mərkəzinin akt zalında “20 Yanvar” faciəsinin 30-cu ildönümünə həsr olunmuş məktəbli gənclər arasında “Şəhidlər ölməzdir” devizi altında şeir kompozisiyası və rəsm-sərgisi keçirilib.
Keçirilən tədbirdə şəhərin 1, 2, 3, 6, 9, 10 saylı, İnşaatçı və Sabir qəsəbə tam orta məktəblərinin, Avropa və Texniki, Humanitar və Təbiət Fənləri Təmayüllü liseyinin 120 nəfər yaxın istedadlı şagirdləri iştirak edib.
Tədbir başlanmazdan öncə şəhərin bir qrup məktəbli gəncləri “Şəhidlər” abidə kompleksini ziyarət etmiş, önünə gül dəstələri qoyaraq şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmişlər.
Sonra Şamaxı Uşaq Gənclər İnkişaf Mərkəzinin akt zalında davam edən tədbiri rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov açaraq tədbir iştirakçılarını iştirakçılarını salamladı və 20 Yanvar hadisəsindən və şəhidlərimizin şücaətlərindən qısaca olaraq məlumat verdi.Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra məktəbli gənclərin hazırladığı əl işlərindən ibarət 20 Yanvar faciəsini əks etdirən rəsm sərgisinə baxış keçirildi.Sonra isə məktəbli şagirdlər ardıcıllıqla mövzu ətrafında şeir kompozisiyaları ilə çıxış etdilər.Tədbirin sonunda münsiflər heyyətinin qərarı ilə rəsm müsabiqəsində şəhər 3 saylı tam orta məktəbin şagirdi Teymurxanova Nailə,10 saylı tam orta məktəbin şagirdi Talıbova Ülviyyə və Avropa liseyinin və həmçinin Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək şagirdi Qasımova Simuzər,şeir kompozisiyasında isə Şəhər 9 saylı tam orta məktəbi l yerə, inşaatçı qəsəbə tam orta məktəbi ll yerə və şəhər 3 saylı tam orta məktəbi lll yerə layiq görüldülər.Qalib gələn şagirdlər rayon Gənclər və İdman idarəsi tərəfindən müvafiq diplomlarla təltif olundu.
Şəffaflıq.az
Şöhrət İsmayılovшаблоны для dle 11.2


Facebook-da paylaş