Şamaxı Heydər Əliyev Mərkəzində "Azərbaycanlıların Soyqırımı günü"nə həsr olunmuş bir qrup gənclər arasında toplantı keçirilmişdir.

 31 mart 2019-cu il tarixində Şamaxı Heydər Əliyev Mərkəzində "Azərbaycanlıların Soyqırımı günü"nə həsr olunmuş bir qrup gənclər arasında toplantı keçirilmişdir.
 Şəffaflıq.az bildirir ki,Tədbirə 60 nəfərə yaxın rayonun fəal müəllim və gəncləri, Ağdaş rayonunun bir qrup gəncləri qatılmışdır. Tədbirdə həmçinin Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov və Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi İlkin Əliyev də iştirak etmişdir. Tədbir başlanmazdan öncə Şamaxı və Zərdab rayonunun bir qrup gəncləri Şamaxı şəhərində yerləşən 1918-ci ildə ermənilər tərəfindən amansızlıqla qətlə yetirilmiş rayon əhalisinin adına ucaldılmış Soyqırımı abidəsini ziyarət edərək önünə tər çiçəklər düzmüş, qanlı hadisələrdə həlak olanların xatirəsini yad etmişlər. Sonra tədbir Şamaxı Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Tədbiri Şamaxı şəhər 10 saylı tam orta məktəbin müəlliməsi Günel Sadığova açıq elan edib.
 
 Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Azərbaycan Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilb. 
Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov çıxış edərək 1918-ci ilin mart ayında Şamaxıda törədilən soyqırımı faktlarından danışdı və diqqətə çatdırdı ki, ermənilər tərəfindən vəhşiliklə törədilmiş soyqırım nəticəsində Şamaxı rayonunun şəhər və kəndlərindən neçə minlərlə dinc əhali amansızlıqla qətlə yetirilmiş, şəhərdə 13 məscid yandırılmışdır. Ş.Hüseynov həmçinin rayonun bir qrup gəncləri tərəfindən hazırlanmış "31 mart Soyqırım günüdür. Biz bunu unutmadıq, unutmayacayıq!" devizi altında "Keçmişdən Gələcəyə Çağırış" adlı videoçarx haqqında məlumat verdi. Sonra bu qrupun üzvləri Şamaxı rayonunun Sabir qəsəbə tam orta məktəbin müəlliməsi Vəfa Vahidova, gənc sahibkar Hilal Bəkirov və Ağdaş rayon Gənclər və İdman idarəsinin rəisi İlkin Əliyev mövzu ətrafında çıxış etdilər. Çıxışlar bitdikdən sonra bir qrup gənclər tərəfindən hazırlanmış "Keçmişdən Gələcəyə Çağırış" adlı videoçarx tədbir iştirakçılarına təqdim edilib.
Sonda bu videoçarxın hazırlanmasında əziyyəti olan şəhər 10 saylı tam orta məktəbin müəllimi Toğrul Şıxıyev və müəlliməsi Günel Sadığova, Sabir qəsəbə tam orta məktəbin müəlliməsi Vəfa Vahidova, 2 saylı tam orta məktəbin müəlliməsi Şəfa Hacıyeva, fəal gənc Rəmzi Əliyev və gənc sahibkar Hilal Bəşirov Şamaxı rayon Gənclər və İdman idarəsinin Fəxri Fərmanları ilə təltif olunublar.
​​​​[hide][/hide]

 
 











Vahid

Şəffaflıq.az





 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}