UEFA Çempionlar Liqası: "Sabah" I təsnifat mərhələsinin cavab oyununda TNS ilə üz-üzə gəlir
"Sabah" UEFA Çempionlar Liqasında növbəti oyununa bu gün çıxacaq. Şəffaflıq.az-ın məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab matçında Uelsin TNS komandasının qonağı olacaq. Qarşılaşma "Park Holl" stadionunda, Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. Matçın baş hakimi ispaniyalı Mateo Buskets Ferrer olacaq. Bu cütün qalibi növbəti mərhələdə "Vardar" (Şimali Makedoniya) – "Kups" (Finlandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.
Xəbəri paylaş
Facebook-da paylaş








