Ukrayna parlamenti 20-ci dəfə hərbi vəziyyətin uzadılmasına səs verib


Ali Rada (parlament) Ukrayna Prezidenti Volodimir Zelenskinin hərbi vəziyyətin müddətinin uzadılması haqqında fərmanını təsdiqləyib.

Şəffaflıq.az Ukrayna mediasına istinadən xəbər verir ki, iyulun 14-ü Ali Radanın plenar iclasında müvafiq qanun layihəsinin lehinə bütövlükdə 313 xalq deputatı səs verib.

Hərbi vəziyyət 2026-cı il avqustun 2-dən – oktyabrın 31-dək 90 sutka müddətinə uzadılır.

Ukrayna parlamenti hərbi vəziyyətin müddətini Rusiya-Ukrayna müharibəsinin başladığı 24 fevral 2022-ci il tarixindən bəri artıq iyirminci dəfə uzadır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}