Rusiya türklər və yunanlara vasitəçilik təklif edir - Kipr probleminin həllində
Rusiya Federasiyasının (RF) Xarici İşlər naziri Sergey Lavrov Türkiyə və Kipr (yunan icması) arasında münasibətlərin tənzimlənməsində vasitəçi olmaq niyyətini ortaya qoyub.
«Türkiyə ilə Kipr Respublikası arasında mehriban qonşuluq münasibətlərinin qurulmasına dəstək verməyə hazırıq, ancaq aydındır ki, hər iki tərəfin bunu istəməsi əsas şərtdir» - deyə, Lavrov «Phileleftheros» adlı Kipr-yunan qəzetnə verdiyi müsahibədə qeyd edib.
O, xatırladıb ki, Rusiya tərəfi dəfələrlə Şarqi Aralıq dənizində müntəzəm olaraq yaşanan böhrandan narahatlıq keçirdiyini ifadə edib: «Münaqişə potensialının gələcəkdə yüksəlməsinə səbəb olacaq istənilən fəaliyyəti yolverilməz hesab edirik. Dəfələrlə bölgə dövlətlərinin rəhbərliyini siyasi uzaqgörənliyə, mübahisələri istisnasız olaraq dinc yollarla tənzimləməyə çağırmışıq və bu məqsədlə Birləşmiş Millətlər Təşkilatının universal meydança olduğunu bildirmişik».
«Bizim Türkiyə ilə münasibətlərimizə gəlincə, Kiprli dostlarımızı bir daha inandırmaq istəyirəm ki, Rusiya-Türkiyə əməkdaşlığının dərinləşməsi, bölgəsel məsələlər üzrə Ankara ilə qarşılıqlı fəaliyyətimiz heç vəchlə bizmi Nikosiya ilə dialoqumuza təsir etmir və etməyəcək» - Lavrov qeyd edib.
Xəbər verildiyi kimi, Yunanıstanın Baş naziri Kiriakos Mitsiotakis sentyabrın 4-də bəyan edib ki, onun ölkəsi Şərqi Aralıq dənizində sərhəd məsələləri ətrfında yaranmış münaqişəli məsələlərin tənzimlənməsi üçün Türkiyə ilə danışıqlara başlayacaq -«Türkiyənin təhdid və provokasiyaları dayanan kimi».
«Yunanıstan Egey dənizində, Şərqi Aralıq dənizində zonaların demarkasiyasını beynəlxalq hüquq əsasında müzakirə edə bilər və bunu istəyir, amma təhdid altında yox. Danışıqlara başlamaq üçün təhdiddən imtina edin» - deyə, Mitsiotakis Türkiyə rəhbərliyinə müraciət edib.
Bu məqamda yunan məkri barədə orta şərqdə və Şərqi Avropa xalqları arasında ta qədimdən dillər əzbəri olmuş bir atalar məsəli yada düşür.
Məsəl belədir: «Bir yunan iki yəhudini aldadar, bir erməni isə iki yunanı aldadar…»
İndi isə diqqət edin - Yunanıstan indiki halda Aralıq dənizindəki, Egey dənizindəki kiçik adaları silahlandırır, oralarda əsgəri güc yerləşdirməklə, Türkiyəni təhdidt edir, quru sərhədinin cəmi 2-3 kilometrliyində Türkiyənin geoloji-kəşfiyyat işləri aparmasını əngəlləməyə çalışırr. Halbuki beynəlxaq qanunlar, müqavilələr və konvensiyalar bu adalarda əsgəri güc yerləşdirməyi qadağan edir. Digər tərəfdən isə dənizin ortasında və ya Türkiyə sahillərinin lap yaxınlığında yerləşən adalar beynəlxalq qanunlara görə, dəniz şelfi yarada bilməzlər, çünki bu adalar Türkiyənin istisnasız iqtisadi zonası sayılan ərazilər daxilində yer alırlar.
Fikrim hər kəsə aydın olsun deyə, şelf anlayışı üzərinə işıq salmaq zorundayan. Şelf - ingilis sözüdür və quru sahillərə birləşik sualtı ərazi mənasına gəlir. Şelfin kənarının dərinliyi adətən 100-200 metr qəbul olunur, ayrıca hallarda isə 1500-2000 metrə çatır - məsələn, Oxot dənizindəki Cənubi-Kuril çökəkliyində olduğu kimi. Şelfin eni isə 1500 kilometrə çata bilir. Onun ümumi sahəsi 32 milyon kvadrat metrə çata bilir. Şelf daxilində neft və qaz yataqlarının işlənməsi həyata keçirilir, bəzi digər faydalı qazıntıların tədqiqatı imkanları öyrənilir. Şelf üzərində sahil dövlətlərinin suveren hüquqları var və onların birbaşa razılığı olmadan heç kim şelfin təbii ehtiyatlarının kəşfiyyatı ilə məşğul ola və onları istismar edə bilməz.
Kontinental şelfin hüquqi rejimi və onun sərhədləri BMT-nin 1982-ci il tarixli dəniz hüququ üzrə Konvensiyası və sahil dövlətlərinin daxili qanunları ilə tənzimlənir. Belədə, məntiqi sual yaranır - Türkiyə sahilinin 2-3 kilometrliyindəki dəniz sularında Yunanıstanın, xüsusilə də Fransanın nə işi var və hansı hüququ ola bilər?!
Türkiyə tərəf isə haqlı olduğunu bilir və israrla bəyan edir: «Demarkasiya istəyirsənsə, o zaman adalardan silahlarını, əsgəri gücünü çıxar və gəl masa arxasına!». Yunanıstan isə masa arxasına keçməkdən ən müxtəlif bəhanələrlə yayınır, çünki haqsız olduğunu anlayır…
Şəffaflıq.az
Facebook-da paylaş