Beyrut Limanında baş verən partlayışda ölənlərin sayı 190-a çatıb
Livanda Beyrut Limanında baş verən partlayışda ölənlərin sayı 190-a çatıb, 6,500-dən çox adam yaralanıb.
Şəffaflıq.az bildirir ki, bu barədə Livan hökumət orqanları məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində 3 nəfər itkin düşüb, 300 min insan evsiz qalıb, 50 mindən çox ev zərər görüb.
Qeyd edək ki, 4 avqustda Beyrut limanı yaxınlığında güclü partlayış baş verib. Bildirilir ki, Livanın Hərbi Prokurorluğu partlayışla bağlı orada çalışan qaynaqçılardan birinin ifadəsini alarkən onun terrorçularla əlaqədə olması şübhələri ortaya çıxıb.
Xəbəri paylaş
Facebook-da paylaş