Qlobal istiləşmə səbəbindən daha bir heyvanın nəsli tükənəcək

 

Qlobal istiləşmə qütb ayılarının həyatına böyük təhlükə yaradır. Araşdırmaya görə, bu heyvanın nəsli əsrin sonuna qədər tükənə bilər.


Şəffaflıq.az xəbər verir ki, dünyada təxminən 25 min qütb ayısının olduğu bildirilir.

Onların sayının zamanla çox azaldığı məlumdur. Mütəxəssislər qütb ayılarının təxminən 80 il ömrü qaldığını düşünür.

“Nature Climate Change” jurnalında dərc olunan araşdırma qütb ayılarının son illər çox çəki itirdiyi, qida tapmaqda böyük çətinlik çəkdikləri yazılıb. Buz kütləsi azaldığından, onlar yeməyə heç nə tapmır. Balıq ovlamaq cəhdləri də daha uğursuz olmağa başlayıb.

Araşdırmada 13 qütb ayısı növündən 12-nin tam məhvlə üz-zə qaldığı açıqlanıb. Araşdırmanın rəhbəri Stiven Armstrup hadisələrin gedişi ilə bağlı çox bədbin olduqlarını gizlətməyib. Çünki dünyanın az qala hər yerində illik orta temperatur yüksəlir. 


Qütb ayılarının həyatda qalmaq şansı hər il bir az da azalır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}