İspaniyada virusa yoluxma sayı yenə artmağa başlayıb
Avropada yavaş-yavaş ənənəvi həyatı bərpa etməyə cəhdlər olsa da, koronavirus qitədən əl çəkmək istəmir.
Son günlər yoluxma sayı artmağa başlayıb. Dünya Səhiyyə Təşkilatı Avropanı ikinci dalğaya hazır olmağa çağırır.
Şəffaflıq.az xəbər verir ki, İspaniyada virusa yoluxma sayı yenə artmağa başlayıb. Hər gün daha böyük rəqəm müşahidə edilir.
Bu gün hələlik 419 nəfərin virus testinin müsbət çıxdığı elan olunub. Sutkanın sonuna qədər rəqəm arta bilər. Məsələn, dünən 400, iyunun 24-də isə 334 nəfərin virusa yoluxduğu açıqlanmışdı.
İspaniyada xüsusilə iyunun ikinci yarısında irəliləyiş müşahidə edilirdi. Hətta ölüm qeydə alınmayan günlər oldu. Sonra hər gün 2-3 ölüm faktə nəzərə çarpmağa başladı. Bu gün isə 8 nəfərin həyatını itirdiyi bildirilir.
İndiyə qədər İspaniyada 294 min 985 nəfərdə infeksiya aşkarlanıb. Virusun 28 min 338 nəfərin həyatına son qoyduğu bildirilir. İspaniya Səhiyyə Nazirliyi sağalanlarla bağlı dəqiq söz demir.
Facebook-da paylaş