Türkiyədə virusa yoluxanların və ölənlərin sayı xeyli azalıb

 

Türkiyə koronavirusla mübarizədə yaxşı nəticələr ortaya qoyur. Az qala hər gün virusa yoluxanların və ölənlərin sayı azalır.


Şəffaflıq.az xəbər verir ki, Türkiyədə axırıncı dəfə martda virus statistikasında göstəricilər belə aşağı olmuşdu. Sutka ərzində cəmi 972 nəfərdə infeksiya aşkar olunub, əvvəllər koronavirusa yoluxduğu dəqiqləşən 23 vətəndaş həyatını itirib.

Xüsusilə apreldə nəticələr bədbinliyə əsas verirdi. Hər gün 4-5 min arası virusa yoluxma halı qeydə alınırdı. Ölənlərin sayı 100 civarında olurdu. Amma mayın ikinci yarısı Türkiyə üçün çox yaxşı başlayıb. Qardaş ölkənin pandemiya mübarizəsində uğuru göz qabağındadır.

Türkiyədə indiyə qədər 152 min 587 nəfərdə infeksiya aşkar edilib. Virus pasiyentlərin 4222-nin həyatına son qoyub. Türkiyə Səhiyyə Nazirliyi təxminən 114 min xəstənin sağaldığını bildirir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}