Prezident İlham Əliyevin imzaladığı sərəncamla əfvə düşən şəxslərdən ən yaşlısının 87 yaşı var.

Prezident İlham Əliyevin imzaladığı sərəncamla əfvə düşən şəxslərdən ən yaşlısının 87 yaşı var.
Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
Ombudsman bildirib ki, Prezident İlham Əliyevin verdiyi sərəncamla yaşı 65-i keçmiş 176 məhkum əfv edilib:
"Prezidentin humanist adımı nəticəsində həssas yaş qrupuna aid olan məhkumlar azadlığa buraxıldılar".
Xatırladaq ki, aprelin 6-da Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ölkə Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq, 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Ümumilikdə müstəqillik dövründə Azərbaycanda 66 əfv sərəncamı imzalanıb, 11 amnistiya aktı qəbul edilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}