İrandan Azərbaycana 6 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana 6 kq 848 qram marixuana, 0.006 mq tiryək keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. Bildirilib ki, narkotik keçirilməsinə cəhdin qarşısı Xidmətin Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində alınıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








