Salyanda yol qəzası olub, ölən var


Salyanda baş verən yol qəzasında bir nəfər ölüb.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə səhər saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Aşağı Kürkəndi kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində Neftçala rayonunun Xıllı qəsəbə sakini, 1988-ci il təvəllüdlü İbrahimov Zeyqəm Kamil oğlu ölüb.

Hadisə yerinə FHN-in xilasediciləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}