Əsas Səhifə > Hadisə > Salyanda yol qəzası olub, ölən var
Salyanda yol qəzası olub, ölən var18-12-2025, 09:50 |
|
Salyanda baş verən yol qəzasında bir nəfər ölüb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə səhər saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Aşağı Kürkəndi kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində Neftçala rayonunun Xıllı qəsəbə sakini, 1988-ci il təvəllüdlü İbrahimov Zeyqəm Kamil oğlu ölüb. Hadisə yerinə FHN-in xilasediciləri cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |