Bakıda qəza olub, xəsarət alanlar var
Bakıda iki avtomobil toqquşub. Şəffaflıq.az xəbər verir ki, hadisə paytaxtın Bəkir Çobanzadə küçəsində qeydə alınıb. İlkin məlumatlara görə, "Porsche" və "Volkswagen" markalı minik avtomobilləri toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb. Toqquşma zamanı avtomobillərdən biri ərazidəki qaz borusuna çırpılıb və yanğın baş verib. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və yanğın qısa müddətdə söndürülüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qəzaya səbəb olan amillərin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








