Əsas Səhifə > Hadisə > Bakıda qəza olub, xəsarət alanlar var

Bakıda qəza olub, xəsarət alanlar var


12-12-2025, 09:24


Bakıda iki avtomobil toqquşub.

Şəffaflıq.az xəbər verir ki, hadisə paytaxtın Bəkir Çobanzadə küçəsində qeydə alınıb.

İlkin məlumatlara görə, "Porsche" və "Volkswagen" markalı minik avtomobilləri toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb.

Toqquşma zamanı avtomobillərdən biri ərazidəki qaz borusuna çırpılıb və yanğın baş verib. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və yanğın qısa müddətdə söndürülüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qəzaya səbəb olan amillərin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.


Geri qayıt