Xınalıq yolunda köməksiz qalan turist xilas edilib
Ölkəyə turist kimi gəlmiş Macarıstan vətəndaşı Quba rayonunun Xınalıq kəndindən geri qayıdarkən qarlı hava şəraiti səbəbindən idarə etdiyi avtomobillə yolda köməksiz vəziyyətdə qalıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, Qımıl kəndi yaxınlığında yolun qarlı olması səbəbindən hərəkəti mümkünsüz olan "Hyundai" markalı avtomobillə qalan turistə lazımi köməklik göstərilib. O, təhlükəsiz şəkildə hotelə yerləşdirilib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








