Gəncədə avtomobil qəzası olub, yaralananlar var
Gəncə şəhərində iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər yaralanıb. Şəffaflıq.az xəbər verir ki, Gəncə şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində 1981-ci il təvəllüdlü N. Həsənov, 2005-ci il təvəllüdlü Z. Abbasova, 1981-ci il təvəllüdlü Z. İbrahimov və 1993-cü il təvəllüdlü A. İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. Xatırladaq ki, daha əvvəl Gəncədə baş vermiş digər yol-nəqliyyat hadisəsi piyadanın ölümü ilə nəticələnmişdi.
Xəbəri paylaş
Facebook-da paylaş
