Mədət Quliyev Bakı küçələrində velosiped sürdü
ŞƏFFAFLIQ.AZ bildirir ki, Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev, DTX-nın velosiped İdman Klubunun üzvləri, peşəkar və həvəskar velosipedçilər, Azərbaycan Əlil Velosipedçilər Klubunun təmsilçiləri, eləcə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Veloyürüş iştirakçıları "Azneft" meydanından start götürməklə Neftçilər prospekti ilə hərəkət edərək Heydər Əliyev Mərkəzinin qarşısında bayram yürüşünü başa çatdırıblar.
İlin sonunda böyük həmrəylik və birlik nümayiş etdirən veloyürüş iştirakçıları tədbiri xatirə şəkli çəkdirməklə başa vurublar.(Azərtac)
Facebook-da paylaş