Alimlər: Yupiterin Avropa peyki həyat üçün güman ediləndən daha az əlverişlidir
Yupiterin Avropa peykində böyük miqdarda suyun olmasına baxmayaraq, yaşayış üçün yararsızdır. Avropa uzun müddətdir günəş sistemində yaşam üçün ən perspektivli dünyalardan biri hesab olunurdu. Onun buzlu səthinin altında Yer kürəsinin bütün okeanlarından iki dəfə çox su olan bir okean var. Bundan başqa, müşahidələr zamanı incə, lakin oksigenlə zəngin bir atmosfer müəyyən edilib. Bununla belə, yeni hesablamalar göstərib ki, peykin səthi nisbətən az oksigen – saniyədə təxminən 12 kiloqram qaz istehsal edir. Eyni zamanda, Avropa atmosferin udulması və ionlaşması prosesləri səbəbindən daim oksigen itirir. Səthdə tutulmuş oksigenin bir hissəsi yeraltı okeana düşərək orada nəyəsə həyat verə bilər. Lakin tədqiqata görə, Avropanın ümumi oksigen itkisi saniyədə 300 qramdan 300 kiloqram qaza qədər dəyişə bilər. Alimlər əlavə ediblər ki, bu göstərici Avropada oksigenin həqiqi miqdarını əks etdirməyə bilər. Mütəxəssislər 2024-cü ilin payızında start götürəcək “Europa Clipper” missiyasının köməyi ilə buzlu dünya və onun həyata yararlılığı haqqında daha çox məlumat əldə etməyə ümid edirlər. Zond 2030-cu ildə Yupiter sisteminə çatacaq. Şəffaflıq.az
Facebook-da paylaş