Xaçmazda qətl hadisəsi törədilib.
Xaçmazda qətl hadisəsi törədilib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə şəhərin Aşıq Ələsgər küçəsində qeydə alınıb. Belə ki, rayon sakini 1981-ci il təvəllüdlü Cəlilov Emin Nəcimulla oğlu kürək nahiyəsindən ov tüfəngi ilə vurularaq qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. E. Cəlilovu öldürməkdə şübhəli bilinən şəxsin özü polisə könüllü şəkildə təslim olub. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
