Hikmət Hacıyev: Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanın humanitar diplomatiyasının parlaq nümunəsidir


Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikan səfəri ilə bağlı "X" hesabında paylaşım edib.

Şəffaflıq.az-ın məlumatına görə, paylaşımda Mehriban Əliyevanın səmərəli görüşləri barədə ətraflı məlumat əksini tapıb.

Prezident köməkçisi Birinci vitse-prezident Mehriban Əliyevanın Roma Papası XIV Leo ilə görüşünün Azərbaycanın dinlərarası anlaşma və mədəniyyətlərarası dialoqa sadiqliyini nümayiş etdirdiyini bildirib.

"Bu səfər Azərbaycanın mədəni və humanitar diplomatiyasının parlaq nümunəsidir. Azərbaycanın katolik xristian irsinin bərpasına verdiyi dəstək və bu sahədə uzunmüddətli əməkdaşlığı ölkənin tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinə sadiqliyini təsdiqləyir".

Hikmət Hacıyev müsəlman əhalinin çoxluq təşkil etdiyi, eyni zamanda xristian, yəhudi və digər dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığı dünyəvi Azərbaycanın bu gün inklüzivlik, dözümlülük və multikultural harmoniyanın parlaq nümunəsi olduğunu vurğulayıb.

"Qadınların gücləndirilməsi və bərabər imkanların təminində mühüm təcrübəyə malik Azərbaycan Cənubi Qafqazı sülh və sabitlik məkanına çevirərək, qlobal miqyasda sülh, dialoq və əməkdaşlığa əsaslanan müsbət gündəliyi irəli aparır".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}