Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi rüşvət almaqda ittiham olunur


Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin İstirahət evinin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla bağlı müvafiq istintaq hərəkətlərinin aparılması, hadisəyə hüquqi qiymət verilməsi və qanun çərçivəsində tədbirlərin görülməsi məqsədilə araşdırma materialları aidiyyəti üzrə Hərbi Prokurorluğa təqdim edilib.

İ.Haqverdiyevin barəsində Hərbi Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}