Göyçayda avtomobil su kanalına aşıb, sürücü ölüb
Göyçayda avtomobil su kanalına aşıb. Şəffaflıq.az xəbər verir ki, hadisə rayonun Dövranlı kəndi ərazisində qeydə alınıb. Belə ki, minik avtomobili kənd ərazisindən keçən Şirvan kanalına aşıb. Sakinlərin köməkliyi ilə sürücü Habil Məhəmmədəli oğlu Talıbovun cansız bədəni sudan çıxarılıb. Faktla bağlı cinayət işi açılıb.
Xəbəri paylaş
Facebook-da paylaş
