Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb


Tərtərdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın xəbərinə görə, hadisə ötən gün rayonun Azad Qaraqoyunlu kəndində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil qarşıdan gələn "Hundai" markalı avtomobillə toqquşub. Zərbənin təsirindən "Hundai" markalı avtomobil yoldan çıxaraq kənd sakini Nazilə Cəfərovanı vurub.

Ağır xəsarətlər alan N.Cəfərova hadisə yerində ölüb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}