Şahmatçılarımız irəlilədi - Yeni reytinq
Beynəlxalq Şahmat Federasiyası (FİDE) noyabr ayı üçün reytinq siyahısını açıqlayıb.
Şəffaflıq.az qol.az-a istinadən xəbər verir ki, oktyabr ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 2 pillə irəliləyib. O, 2777 xalla 5-ci pilləyə yüksəlib.
Son dünya kubokunun qalibi Teymur Rəcəbov ilk onluğa düşüb. Şahmatçımız 2767 xalla 9-cu pillədə qərarlaşıb.
Qədir Hüseynov da 3 pillə irəliləyib və 2660 xalla 83-cüdür. "Top-100"ə yeni daxil olan Nicat Abbasov 2655 xalla 93-cü yerdədir. Arkadi Naydiç isə yenə "100-lük"dən kənarda qalıb.
Qadınlar arasında Günay Məmmədzadə 2427 xalla 38-ci, Gülnar Məmmədova 2369 xalla 97-ci, Xanım Balacayevə və Ülviyyə Fətəliyeva isə hərəyə 2368 xalla 98-99-cu pillələrdə qərarlaşıblar.
Qeyd edək ki, kişi şahmatçılar arasında siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2870) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2822) ikinci, Liren Dinq (Çin, 2801) üçüncüdür.
Facebook-da paylaş