“Neft emalı zavodunda yenidənqurma 5-6 il çəkəcək” – Layihə rəhbəri
Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya işlərinin 2024-cü ilin sonu – 2025-ci ilə qədər başa çatdırılması planlaşdırılır.
Bu barədə zavoda təşkil olunan press-tur zamanı layihə rəhbəri Nihal Allahverdiyev bildirib. Onun sözlərinə görə, hazırda zavodda 6 qurğu istismardadır: «2021-ci ildə zavodda 17 yeni qurğu istismarda olacaq. 2025-ci ildə isə istismarda olan qurğuların sayı 24-ə çatacaq».
O xatırladıb ki, layihənin birinci mərhələsi çərçivəsində inşa olunan Bitum istehsalı qurğusu və Maye qaz doldurma stansiyaları 2018-ci ilin sonunda istismara verilib.
Bu yaxınlarda Nazirlər Kabineti 90 gün ərazində ölkəyə idxal edilən bəzi benzin növlərini gömrük rüsumundan azad edib. Qərar sentyabrın 1-dən qüvvəyə minəcək.
Ekspertlər hesab edir ki, bu qərar benzinin qiymətinin bahalaşmasının qarşısını almaq məqsədilə verilib. Onlar qeyd edirlər ki, Neft Emalı Zavodu faktiki ölkənin daxili tələbatını tam ödəyə bilmir.
Facebook-da paylaş