İran Ermənistanla hərbi sahədə əməkdaşlıq edir? - SƏFİRLİKDƏN AÇIQLAMA
Son günlər Azərbaycan Respublikasının bəzi xəbər portallarında İranla Ermənistan arasında hərbi-texniki əməkdaşlığa dair yayılmış xəbərlər əsassızdır.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Trend-ə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyindən məlumat verilib.
Səfirlik iki dost və qonşu ölkə arasında inkişafda olan əməkdaşlığın zəruriliyi və qorunmasına təkid edərək bildirir ki, İran İslam Respublikası hər zaman Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Eyni halda regional sülh və sabitliyə xələl yetirə biləcək hər hansı bir addımı pisləyir.
Xəbəri paylaş
Facebook-da paylaş