Biləsuvarda motosiklet qadını vuraraq öldürüb
Şəffaflıq.az-ın məlumatına görə, hadisə Biləsuvar şəhərinin mərkəzi hissəsində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Fərid Həsənli idarə etdiyi "Yamaha" markalı motosikletlə rayon sakini, 1962-ci il təvəllüdlü İradə Əhmədovanı vurub. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Xəbəri paylaş
Facebook-da paylaş