Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Biləsuvar rayonunun Xırmandalı kəndində bədbəxt hadisə baş verib.
Şəffaflıq.az-ın məlumatına görə, həmin kəndin sakini, 1960-cı il təvəllüdlü Hüseynov Balasər Adışirin oğlu yaşadığı ünvanda özünəməxsus otbağlayan aqreqatı təmir edən zamanı qoşqu onun üzərinə aşıb.
Nəticədə mexanizator müxtəlif dərəcəli bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə köçürülüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}