İsmayıllı rayonunda bədbəxt hadisə baş verib, xeyli sayda yaralı var. 10-a yaxın yaralı var.
İsmayıllı rayonunda bədbəxt hadisə baş verib, xeyli sayda yaralı var.
APA-nın xəbərinə görə, hadisə bu gün saat 12:30 radələrində rayonun Balik kəndində qeydə alınıb.
Kənddə yas mərasimi keçirilən iki mərtəbəli yaşayış evinin döşəməsi insanların ağırlığına dözməyərək qəflətən çöküb. Dağıntı zamanı 10-a yaxın insan müxtəlif dərəcli bədən xəsarətləri aldığı üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş