Salyanda motosiklet DƏHŞƏTİ: yoldan keçən qadınları...

  Salyan rayonunda piyada qadınların vurulması ilə nəticələnən yol qəzası baş verib.
Şəffaflıq.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Şorsulukəndi ərazisində qeydə alınıb.
Rayonun Dayıkənd kənd sakinləri - 1977-ci il təvəllüdlü Hüseynova Nailə Əlirza qızı və 1975-ci il təvəllüdlü Nəzərova Südabə Cəlil qızı evə gedərkən motosiklet vurub. Nəticədə hər iki qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}