Yeni uşaq dünyaya gətirən ana öldü - Ağsuda faciə
Ağsu rayonunda ana ölümü hadisəsi baş verib.
Şəffaflıq.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayon xəstəxanasında qeydə alınıb.
İlkin məlumata görə, Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Məmmədova Ayşən Sadiq qızı kəskin qan laxtalanması diaqnozu ilə xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, A.Məmmədova dekabrın 25-i normal doğuşla uşaq dünyaya gətirib və 3 gün sonra evə buraxılmışdı.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./Report
Xəbəri paylaş
Facebook-da paylaş