Əsas Səhifə > Hadisə > Yeni uşaq dünyaya gətirən ana öldü - Ağsuda faciə
Yeni uşaq dünyaya gətirən ana öldü - Ağsuda faciə31-12-2018, 10:36 |
Ağsu rayonunda ana ölümü hadisəsi baş verib. Şəffaflıq.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayon xəstəxanasında qeydə alınıb. İlkin məlumata görə, Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Məmmədova Ayşən Sadiq qızı kəskin qan laxtalanması diaqnozu ilə xəstəxanada dünyasını dəyişib. Məlumata görə, A.Məmmədova dekabrın 25-i normal doğuşla uşaq dünyaya gətirib və 3 gün sonra evə buraxılmışdı. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./Report Geri qayıt |