Koronavirus müalicəsində edilən səhv: Təəssüf ki....
Şəffaflıq.az medicina.az-a istinadən bildirir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.
Koronavirus xəstələrinin səhv müalicəsindən danışan həkim bildirib ki, antibiotiklər bu xəstəliyi sağalda bilməz:
"Sanki psixoloji inam var ki, antibiotik nə qədər bahalıdırsa o qədər də kömək edəcək. Bu kobud səhvdir. Biləsiniz ki, qoşduğunuz o təzə antibiotik qızdırmanı salmayacaq. Görəcəksiz ki, qızdırma yenə qalxır. Onda başa düşəcəksiniz ki, Şahin doktor düz deyirmiş, boş yerə pulumuz getdi. Çünki qızdırmanı verən bakteriya deyil, bir virusdur, antibiotik ona təsir edə bilməz. Boş yerə xəstə həmin antibiotikin əlavə mənfi təsirlərinə məruz qalır. Bu mənfi təsirlər ciddidir.
Əgər antibiotik qoşulacaqsa, bunun başlanma vaxtını, növünü, dozasını həkimlər qərar verir. Mən özüm ilk həftədə heç kimə antibiotik yazmıram. Yüngül keçirənlərə heç yazmıram. Orta ağır keçirən, risk qrupunda olan xəstələrə də ilk həftədə yazmıram. Çünki ilk həftədə bakterial superinfeksiyanın əmələ gəlmə ehtimalı demək olar ki, sıfırdır. Boş yerə qoşacağım antibiotik diareya verə bilər, elektrolit disbalansına görə xəstə ağırlaşar".
Facebook-da paylaş