Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi
Həkim anestezioloq-reanimatoloq Ceyhun Hacıyev vəfat edib.
Şəffaflıq.az Musavat.com-a istinadən bildirir ki, bu barədə millət vəkili Qənirə Paşayeva öz "Facebook" səhifəsində məlumat verib.
O, həkimin koronavirusdan dünyasını dəyişdiyini bildirib.
Deputat qeyd edib ki, C.Hacıyev COVİD-19 virusuna rayona yas mərasiminə gedərkən yoluxub və əlamətlər hiss ediləndən sonra xəstəxanaya yerləşdirilib.
"Məktəb illərindən yaxından tanıdığım gözəl insan - Ceyhun bəy bir az öncə "COVİD-19"dan həyatını itirdi. Ona nə qədər kömək etməyə çalışsaq da, artıq çox gec idi. Kasıb bir ailənin istedadlı övladı idi. Çalışırdı, oxuyurdu. Min bir əziyyətdən keçmişdi. 50 yaşı tamam olmamış "COVİD-19"un qurbanı oldu. Əgər onun kəndə yas yerinə gedəcəyini bilsəydim, mütləq əngəl olardım", - deyə, Q.Paşayeva bildirib.
Qeyd edək ki, Ceyhun Hacıyev 1990-1997-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində təhsil alıb. 1998-2015-ci illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında həkim anestezioloq-reanimatoloq vəzifəsində çalışıb. O, 2015-ci ildən özəl klinikların birində fəaliyyət göstərib.
Facebook-da paylaş