Azərbaycanlı həkim koronavirus səbəbindən öldü - FOTO
Türkiyədə koronavirusdan müalicə olunan azərbaycanlı həkim vəfat edib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyədə yaşayan professor Toğrul İsmayıl məlumat yayıb.
O bildirib ki, Tahir Bababəyli İstanbulda müalicə olunduğu xəstəxanaların birində vəfat edib.
Qeyd edək ki, Tahir Balabəyli bir aya yaxın idi ki, "Süreyyapaşa Göğüs Hastalıkları Hastanesi"ndə müalicə olunurdu. Yaxınları koronavirusdan sağalan insandan qan götürülərək ona vurulması ilə bağlı bir neçə dəfə müraciət yaymışdı.
Xəbəri paylaş
Facebook-da paylaş