Paşayeva əməliyyatdan sonra ilk dəfə çıxış etdi –FOTO

  Millət vəkili Qənirə Paşayeva Milli Məclisin toplantısında dövlət himninin sözlərinin müəllifi ilə bağlı müzakirələrə öz münasibətini bildirib.
Q.Paşayeva himnin sözlərinin müəllifinin illərdir dərsliklərdə, kitablarda Əhməd Cavad olduğunu yazandan və bunu yeni nəslə öyrədəndən sonra indi çıxıb kimlərinsə ehtimalını dövriyyəyə buraxmasını adı gedən hər iki şəxsin – Əhməd Cavadın da, Cəmo Cəbrayılbəylinin də ruhunun narahat edilməsi olduğunu bildirib.
Millət vəkili himnin sözlərinin Əhməd Cavada, musiqisinin isə Üzeyir bəy Hacıbəyova aid olduğunu bir daha xatırladaraq, bu kimi müzakirələri ziyanlı hesab edib.
Himnin mətnindəki bəzi sözlərə toxunan deputat qeyd edib ki, “Hüququndan keçən əsgər/ hərə bir qəhrəman oldu” sözlərindən gözəl ifadə nə ola bilər ki, müzakirəyə də çıxarılır? Millət vəkili xatırladıb ki, dünyada ən böyük hüquq yaşamaq hüququdur və xalq üçün, dövlət üçün öz yaşamaq hüququndan keçib, şəhid olanların hərəsinin bir qəhrəman olduğu ifadə edilibsə, burda anlaşılmayacaq bir məsələ yoxdur.
Qeyd edək ki, himnin sözlərinin müəllifinin Əhməd Cavada deyil, Cəmo bəy Cəbrayılbəyliyə aid olduğu barədə bir neçə il öncə bəzi alimlərin araşdırmalarını millət vəkillərindən biri Milli Məclisdə də səsləndirmiş, himnin mətnindəki bəzi sözlərin isə anlaşılmaz olduğunu qeyd etmiş, himnlə bağlı dəyişiklik təklif etmişdi.
Xatırladaq ki, bir müddət öncə qollarında meydana gələn karpal tünel narahatlığı səbəbilə Türkiyənin Memorial Şişli Xəstaxanasında əməliyyat olunan və.həkimlərin məsləhəti ilə istirahətə çəkilməyə məcbur olan Qənirə xanım Paşayeva ötən gün ilk dəfə görüntülənib və onun qollarındakı sarğı diqqətdən yayınmayıb. \\Axar.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}